Gələn həftədən "Bakı Metropoliteni" QSC qış rejiminə keçəcək.
YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıq görülür: "Yeni qrafiklə interval 2 dəqiqəyə salınacaq. Bir stansiyadan keçən qatarların sayı isə 30 cütə çatdırılacaq".
Bəxtiyar Məmmədov, həmçinin, "Xətai" stansiyasının təmirə bağlanması üçün işlərin davam etdiyinin də bildirib.