logo

Saatlı rayonunda kanaldan qadın meyiti tapılıb

17:11 09-09-2018 | icon 2793
Saatlı rayonunda kanaldan qadın meyiti tapılıb

Saatlı rayonu ərazisindən keçən Sabir su kanalından qadın meyiti tapılıb.

YeniAvropa xəbər verir  ki,  meyit tanınmaz halda olduğundan onun şəxsiyyəti məlum deyil.

Qadının cəsədi sudan çıxarılaraq rayon morquna təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.("Report")