Saatlıda 190 kq-dək narkotik vasitə dövriyyədən çıxarılıb
Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində daxili işlər orqanları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirinbəy kənd sakini Elvin Cəfərov saxlanılıb. Onun rayonun Orta Muğan kəndi ərazisində icarəyə götürdüyü və bostan bitkilərinin əkilməsi üçün nəzərdə tutulan sahəyə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən ümumi çəkisi 184 kiloqram olan 410 çətənə (kannabis) bitkisi aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin sahədən əlavə olaraq qurudulmuş formada 2 kiloqram 700 qram marixuana da aşkarlanıb. Saxlanılan şəxs istintaqa ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Elvin Cəfərovun digər ailə üzvü - Amid Cəfərov da bu ilin avqustunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirli bilindiyi üçün Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt A.Cəfərovun yaşadığı evin həyətindən qulluq edilərək yetişdirilən və qablaşdırılan 10 çətənə bitkisi, həmçinin 2 kiloqram 700 qram qurudulmuş marixuana götürülüb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb