Dekabrın 30-da Tərtər rayonunun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.YeniAvropa xəbər verir ki, tədbirlərdə əsgər valideynləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər də iştirak ediblər.Qonaqlar hərbi hissələrdə əsgərlərin xidmət və məişət şəraiti ilə yaxından tanış olub, inzibati binalara, əsgər yataqxanalarına, yeməkxanalara baş çəkiblər.
“Açıq qapı” günündə çıxış edənlər hərbi qulluqçuları və əsgər valideynlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışıblar.
Valideynlər hərbi hissələrdə yaradılan şəraitdən razı qaldıqlarını, gündən-günə qüdrətlənən Azərbaycan Ordusu ilə fəxr etdiklərini bildirib, silahlı qüvvələrimizə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Hərbi hissələrdə rayonun musiqi kollektivlərinin təqdim etdiyi rəngarəng konsert proqramları əsgər və valideynlərdə əsl bayram əhval ruhiyyəsi yaradıb.