Gömrükçülər küllü miqradda zərgərlik məmulatının qaçaq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıb
Gömrükçülər külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, “Yalama” gömrük postunda Bakı-Moskva qatarının sərnişini olan Azərbaycan vətəndaşına məxsus əl yüklərinə gömrük baxışı keçirilib. Baxış zamanı, əl çantasındakı iki ədəd bağlamanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 505 qram gümüş zərgərlik məmulatları - 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon aşkarlanıb.
Bundan başqa, digər paketin içərisindəki bağlamada isə gömrük nəzarətindən gizlədilmiş 141 qram qızıl zərgərlik məmulatları - 3 ədəd qolbaq, bir ədəd boyunbağı, 2 ədəd üzük-sırğa dəsti və bir ədəd kulon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.