Sentyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfər edəcək.YeniAvropa Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Erməni Cəmiyyətləri Əlaqələndirmə Şurasının həmsədri Murad Papazyan məlumat verib. Onun sözlərinə görə, həmin gün Nikol Paşinyanın Fransa prezidenti Emanuel Makronla görüşü keçiriləcək.
Daha sonra Nikol Paşinyan Fransanın erməni diasporu nüməyəndələri ilə görüşəcək. Bu görüşdə Ermənistanın daxili məsələləri, habelə Fransada yaşayan ermənilərlə bağlı məsələlər müzakirəsi planlaşdırılıb.