Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” keçirilir
ABŞ-ın Beynəlxalq İnkişaf üzrə İş Şurası (BCIU) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə sentyabrın 7-də Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” işə başlayıb.
YeniAvropa xəbər verir ki, forumun moderatoru, BCIU-nun vitse-prezidenti Cefri Donald Azərbaycanda belə bir miqyasda tədbirin keçirilməsini beynəlxalq ticari və işgüzar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Forumda çıxış edən baş nazirin birinci müavini Yaqub Eyyubov prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirildiyini deyib. Qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, dövlət tərəfindən kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələləri diqqət mərkəzində saxlanılıb.
“Bütün bu islahatlar nəticəsində Azərbaycan son illər dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. Dövlət başçısının göstərişi ilə qəbul edilən qərarların yüksək səviyyədə icrası sahibkarlıq fəaliyyətinin optimal gəlirliyinin təmin olunması, rəqabət prinsiplərinə əsaslanan biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi sahəsində mühüm islahatların həyata keçirilməsinə imkan verib və bu amillər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına səbəb olub”, - deyə Yaqub Eyyubov əlavə edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Azərbaycandan dünya istehlakçılarının yarısını əhatə edən 50 ölkəyə uçuş 4 saat civarındadır: “Ölkəmizin 270 milyonluq və 1,6 trilyon dollarlıq ÜDM-ə malik bazarlara azad ticarət sazişləri ilə çıxışı var. “Azərbaycan Rəqabətlilik Forumu 2018” hökumət və ABŞ biznes dairələri arasında davamı iqtisadi inkişafı təmin edəcək sərmayə qoyuluşunun artırılması üçün yeni imkanlar açır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində şaxələnmiş nəqliyyat-logistika infrastrukturu ölkəmizin inteqrasiyasına yeni imkanlar yaradır.
Konfransda ölkəmizin əlverişli biznes mühiti, biznes və investisiyaların cəlb olunması üçün atılan addımlar, maliyyə, maliyyə sektoru üzrə perspektivlər, enerji, infrastruktur, vergi, kənd təsərrüfatına aid bir sıra məsələlər müzakirə olunur.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb