logo

Bakının mərkəzi küçələri bağlanır

15:49 06-09-2018 | icon 2478
Bakının mərkəzi küçələri bağlanır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakının İstiqlaliyyət və Niyazi küçələrində, həmçinin “Azneft” dairəsində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

YeniAvropa xəbər verir  ki,  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir. Bildirilir ki, işlər bu gün saat 22:00–da başlayaraq sentyabrın 7-si səhər saatlarına qədər yekunlaşdırılacaq. Sürücülərdən həmin yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.