Paytaxtda daha 2010 yaşayış və qeyri-yaşayış obyektləri söküləcək
“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın sahədə uzun müddət istifadə edilmiş kommunikasiya xətləri yeni tələblərə cavab verməyən və demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb”.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə üzrə İşçi Komissiyasının sədri Səməd İslamov bildirib. Onun sözlərinə görə, həmin ərazidə yeni yol-nəqliyyat infrastrukturu yaradılıb və ərazinin müasir tələblərə cavab verən, göz oxşayan layihəyə uyğun abadlaşdırılması işlərinə başlanıb. "Ölkə başçısının verdiyi tapşırığın icrası məqsədilə ötən müddət ərzində tərəfimizdən növbəti mərhələdə köçürülməsi nəzərdə tutulan ərazidə ölçmə və inventarlaşma işləri başa çatdırılıb. Nəticədə Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasında isə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib”.
Köçürmə Komissiyasının İşçi Qrupunun sədri qeyd edib ki, növbəti köçürüləcək ərazi 14,7 hektar sahəni təşkil edir: “Hazırda tərəfimizdən söküntü və qiymətləndirmə təşkilatlarının müəyyənləşdirilməsi istiqamətində prosedur sənədləşdirmə tədbirləri həyata keçirilir. Yeni ilin ilk ayından növbəti köçürülmə prosesinə start veriləcək. Əminəm ki, ölkə başçısının əhalimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində verdiyi bu tapşırıq da Yasamal rayonunda uğurla həyata keçiriləcək”
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb