Sentyabrın 5-də Lənkəran stansiyasından 11 kilometr qərbdə, Lənkəran-Lerik sərhədində 3,7 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:11:53-də qeydə alınıb.
Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.