logo

Nazir Şahin Mustafayev Tacikistan səfiri ilə görüşüb

18:41 30-12-2017 | icon 2037
Nazir Şahin Mustafayev Tacikistan səfiri ilə görüşüb

İqtisadiyyat naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistanın ölkəmizdəki səfiri Rustam Soliyev ilə görüşüb. YeniAvropa-ya Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Tacikistan arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.Qeyd edilib ki, iki ölkə ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş olduğu, tranzit, kənd təsərrüfatı sahələrində əməkdaşlığın, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Tacikistana ixracının, Azərbaycan iş adamlarından ibarət ixrac missiyasının Tacikistana səfərinin təşkilinin, yerli şirkətlərin Tacikistanda həyata keçirilən layihələrdə iştirakının ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb və bu məsələlərin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

 Görüşdə həmçinin Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə də iştirak edib