logo

"Sosial ev"lərdən mənzil seçənlərin 90 faizi artıq ərizələrini təqdim edib

20:20 05-09-2018 | icon 3234
"Sosial ev"lərdən mənzil seçənlərin 90 faizi artıq ərizələrini təqdim edib

“Güzəştli mənzil” sistemi vasitəsilə Yasamal Yaşayış Kompleksində mənzil seçimi etmiş vətəndaşların 90 faizi ərizələrini imzalayaraq təqdim edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib. Bildirilib ki, MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin beş binasında yerləşən 324 mənzilin seçimi uğurla başa çatdırılıb.

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar “Elektron imza” (www.e-imza.az) və ya “ASAN İmza” (www.asanimza.az) ilə “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərində real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçə biliblər.

Mənzili seçmiş vətəndaşlara ərizələrinin imzalanması üçün növbəti günün sonunadək vaxt verilsə də, artıq onların 90 faizindən çoxu mənzil seçimi ərizələrini imzalayaraq təqdim edib.

Məlumatda, həmçinin qeyd olunur ki, imzalama prosesində vətəndaşların “Elektron imza” və “ASAN İmza”dan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallarla bağlı MİDA-ya və “108” Çağrı Mərkəzinə daxil olan müraciətlərinin xüsusi işçi qrup tərəfindən operativ cavablandırılması təmin edilib. Hər bir müraciət işçi qrup tərəfindən dərhal diqqətlə araşdırılıb və vətəndaşlara lazımi kömək göstərilməsi üçün bütün zəruri tədbirlər görülüb.