Dekabrın 30-da Lerik şəhərinin Heydər Əliyev Meydanında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.YeniAvropa i xəbər verir ki, bayramsayağı bəzədilmiş meydanda yolka ətrafında Şaxta baba və Qar qızın iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tədbirində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev lerikliləri qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə, o cümlədən Lerik rayonunda da 2017-ci ilin uğurla başa çatdığını bildirib.
2017-ci ildə Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan C.Baxşıyev Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atıldığını və digər sahələrdə uğurlu nəticələrin qazanıldığını diqqətə çatdırıb.
Tədbirdə rayonun musiqi kollektivləri bayram konsert proqramı ilə çıxış ediblər.