Bakıdan Küveyt şəhərinə olan aviareys təxirə salınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda bildirilib.Məlumatda qeyd edilib ki, “Küveyt Airways” aviaşirkətinin sentyabrın 5-də saat 23:25-də “Airbus A320-200” təyyarəsi ilə həyata keçirməli olduğu “KW 976” saylı Bakı-Küveyt reysi təxirə salınıb.
Aviareysin təxirə salınma səbəbi barədə məlumat verilməyib.