Sentyabrın 5-də Yardımlı stansiyasından 25 kilometr şərqdə Lerik rayonu ərazisində 3,1 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:26:56-da qeydə alınıb.
Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.