Sentyabrın 4-də Qazaxıstanın Almatı şəhərində "Kazbuild 2018" inşaat və tikinti materialları sərgisi öz işinə başlayıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində Azərbaycanın inşaat və tikinti materialları məhsulları nümayiş olunur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Azərbaycanı sərgidə inşaat və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən 14 şirkət təmsil edir. Bu sərgi Azərbaycanın inşaat və tikinti məhsullarının "Made in Azerbaijan" vahid ölkə stendi ilə təqdim olunduğu ilk beynəlxalq sərgidir.
Sərgi sentyabrın 6-dək davam edəcək.