Son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur. Onların arasında gənc, yeniyetmə və azyaşlıların olması daha çox təəssüf doğurur.
YeniAvropa xəbər verir ki, Respublika Narkoloji Dispanserdən verilən statistikaya görə, ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.
Həmin məlumata əsasən istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Təəssüf ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilir.