Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Azərbaycan neftinin qiyməti bahalaşır.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar bahalaşaraq 79,73 dollar təşkil edib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 78,03 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 70,11 dollar olub.