Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollaradək investisiya yatırıb
Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru Kazuhiko Tanaka ilə görüşündə deyib. Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Bildirib ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9 iclası keçirilib. Azərbaycanda ticarət, xidmət, kənd təsərrüfatı, tikinti, sənaye sahələrində 30 yapon şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb ki, bunun 100 milyon dollardan çoxu qeyri-neft sənayesinə yönəldilib.
Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən nazir ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.
Şahin Mustafayev Yaponiya ilə digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı 1996-cı ildən Azərbaycanla əməkdaşlıq edir, bir sıra layihələrə uzunmüddətli kredit ayırır.
İqtisadiyyat naziri ölkəmizin Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək bankın “Star” neft emalı kompleksinin tikintisi layihəsinə maliyyə ayırdığını vurğulayıb. Məlumat verilib ki, bu ilin sonunadək “Star” neft emalı kompleksinin tikintisi layihəsi başa çatdırılacaq.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının icraçı direktoru K.Tanaka ölkəmizə səfərindən məmnunluğunu bildirərək bankın fəaliyyəti barədə məlumat verib.
Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb