logo

SOCAR, “Qazprombank” və Rusiya İxrac Mərkəzi strateji əməkdaşlıq haqqında Saziş imzalayıb

16:10 01-09-2018 | icon 2863
SOCAR, “Qazprombank” və Rusiya İxrac Mərkəzi strateji əməkdaşlıq haqqında Saziş imzalayıb

SOCAR, “Qazprombank” və Rusiya İxrac Mərkəzi strateji əməkdaşlıq haqqında Saziş imzalayıb.

SOCAR-dan YeniAvropa-ya  bildirilib ki, prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Qazprombank” Səhmdar Cəmiyyəti, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi “Qazprombank” ASC-nin idarə heyətinin sədri Andrey Akimov, Rusiya İxrac Mərkəzinin baş direktoru Andrey Slepnyov və SOCAR-ın prezidenti Rövnəq Abdullayev imzalayıb.

Sazişin məqsədi SOCAR-ın həyata keçirdiyi layihələrin ehtiyaclarını qarşılamaq üçün Rusiya istehsalı olan avadanlıqların, habelə iş və xidmətlərin ixracına dəstək göstərilməsi sahəsində uzunmüddətli, səmərəli və əlverişli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Sazişə görə, “Qazprombank” tərəfindən bank xidmətlərinin göstərilməsi, habelə istehsalat obyektlərinin modernləşdirilməsi və sənaye avadanlığının satın alınması istiqamətində şirkətin həyata keçirdiyi cari və investisiya fəaliyyətinin potensial maliyyələşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Rusiya İxrac Mərkəzi sənəd çərçivəsində Rusiya istehsalı olan avadanlığın təchizatını, habelə rusiyalı podratçıların iş və xidmətlərini maliyyələşdirən Rusiyanın kommersiya banklarına sığorta təminatının təqdim edilməsini planlaşdırır, eləcə də Rusiya kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin subsidiya edilməsi məsələsini araşdırmağa hazır olduğunu təsdiqləyir.

“Qazprombank” ASC-nin idarə heyətinin sədri Andrey Akimov deyib: “İmzalanmış sənəd “Qazprombank” Qrupu ilə SOCAR Qrupu arasında əməkdaşlığın uzunmüddətli, strateji və əlverişli xarakter daşıdığını təsdiq edir. Artıq bu gün, “Qazprombank” Rusiya İxrac Mərkəzinə dövlət dəstəyi proqramları çərçivəsində SOCAR GPC qaz-kimya kompleksi üçün Rusiya istehsalı olan məhsul təchizatını 700 milyon ABŞ dolları həcmində maliyyələşdirilməsi imkanlarını araşdırır, bu isə “Qazprombank” Qrupunun maliyyə və texnoloji imkanlarından ən iri sənaye layihələri çərçivəsində necə istifadə olunmasının əla nümunəsidir”.