logo

Bakıda havada olan tozun miqdarı sanitar normadan iki dəfə artıqdır

19:03 31-08-2018 | icon 2177
Bakıda havada olan tozun miqdarı sanitar normadan iki dəfə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarı saat 18:00-da da sanitar normadan yuxarı olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, son göstərici normanı 1,8-2,0 dəfə ötüb.

Qeyd edək ki, tozun miqdarı saat 15:00-da sanitar normadan 1,6 dəfə çox olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.