Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 110 cinayət faktından 23-ü üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.