logo

BP: ACE layihəsi üzrə işlərin təqribən 90 faizi tamamlanı

11:11 27-07-2023 | icon 1939
BP: ACE layihəsi üzrə işlərin təqribən 90 faizi tamamlanı

“Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə işlər plana uyğun irəliləməkdədir.

YeniAvropa xəbər verir ki, bu barədə "BP"dən bildirilib.Qeyd edilib ki, bu işlərin artıq təqribən 90 faizi tamamlanıb.

Qeyd edək ki, ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulub.

ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq - ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil olunub və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. Terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparıla bilsin. Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.

ACE dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq blokunun tikinti işləri üç il çəkib və ötən ilin sonunda təhlükəsiz şəkildə (heç bir hadisəyə yol vermədən 3 milyon iş saatı təhlükəsiz yerinə yetirilərək) tamamlanıb. 2022-ci il dekabrın 13-də Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə start verib.

Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku cari il martın 16-da dənizə yola salınıb. “BOS Shelf” tərəfindən inşa edilmiş dayaq bloku yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə edilməklə tam şəkildə ölkə daxilində BDÖZ-də tikilib. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə 2 min nəfərdən çox insan cəlb edilib və işçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşları olub.