Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən avqustun 30-da ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya verilən xəbərə görə, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə səhər saat 7:00-da Bakıda və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.
Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.