“Azərbaycan Hava Yolları” (AZAL) sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanın iki şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə AZAL-dan bildirilib. Qeyd edilib ki, sentyabrın 15-dən Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri, Bakıdan Dammama isə reyslər bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Qeyd edək ki, AZAL Səudiyyə Ərəbistanının digər iki şəhəri - Ciddə və Mədinəyə də uçuşlar yerinə yetirir.