logo

“Dəmirbank”ın daşınar əmlakları açıq hərraca çıxarılacaq

13:58 18-07-2023 | icon 2562
“Dəmirbank”ın daşınar əmlakları açıq hərraca çıxarılacaq

Avqustun 3-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.

Fonddan YeniAvropa-ya bildirilib ki, daşınar əmlaklar bunlardır: "Aksa" markalı generator (ilkin satış qiyməti 5000 manat), "Çetinkaya" markalı stabilizator (ilkin satış qiyməti 1100 manat), 12 ədəd "Mitsubishi" markalı kondisioner (ilkin satış qiyməti 2400 manat), 2 ədəd isti su və isitmə sistemi (ilkin satış qiyməti 3500 manat). Daşınar əmlakların ümumilikdə ilkin satış qiyməti 12 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.