logo

Azərbaycanın dövlət borcu 16 milyard manat təşkil edir

11:55 16-07-2023 | icon 3703
Azərbaycanın dövlət borcu 16 milyard manat təşkil edir

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 151 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,5 %-i qədər olub.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, borcun 11 180,7 milyon manatı və yaxud 6 576,9 milyon ABŞ dolları xarici, 4 970,3 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 10 %-i və 4,5 %-i qədərdir.

Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixinə dövriyyədə olan dövlət istiqrazlarının 28,5 %-i 1 illik, 54 %-i 2 və 3 illik, 17,5 %-i isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşüb.