Daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakini Adil Əkbərovun evinə baxış zamanı oradan 3 kiloqram 65 qram marixuana aşkar edilərək götürülmüşdür.
Araşdırmalarla onun narkotik vasitəni Nərimanabad qəsəbə sakini Sahib Nəhmətovla birgə əldə etməsi müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə S.Nəhmətov da saxlanılmışdır.