logo

6 ayda BTƏ kəməri ilə 10 milyard m3 qaz ixrac edilib

11:33 14-07-2023 | icon 1785
6 ayda BTƏ kəməri ilə 10 milyard m3 qaz ixrac edilib

Yanvar-iyun aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 20 milyard 796,5 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 4,5 faiz artım müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, altı ayda qaz nəqlinin 52,5 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 10 milyard 915,1 milyon kubmetr təbii qaz ixrac edilib.