Yanvar-iyun aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 19 milyon 649,7 min ton neft nəql olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, nəqletmənin 76,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmərlə 15 milyon 25,4 min ton neft nəql edilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,7 faizini və ya 12570,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,3 faizini və ya 2455,2 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.