İndiyə qədər Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri vasitəsilə 545 milyon tondan çox neft nəql edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilir.
Xatırladaq ki, kəmərin açılışı 17 il öncə - 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyə ərazisindən keçir.