Onun sözlərinə görə, ziyan dəyən tikililər rayonun Bursulum, Tikəband, Züvüc kəndlərinə yerləşir: "10-15 tikilidə çatlar artıb. Amma ciddi dağıntı, uçqun yoxdur".
Xatırladaq ki, bu gün saat 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.