logo

Cənub bölgəsində ardıcıl ikinci dəfə zəlzələ olub

18:11 28-08-2018 | icon 4319
Cənub bölgəsində ardıcıl ikinci dəfə zəlzələ olub

Avqustun 28-də Lerikdə, Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə 3,7 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:01:49-da qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Xatırladaq ki, bu, gün ərzində cənub bölgəsində baş vermiş ikinci zəlzələdir.

Belə ki, bu gün, avqustun 28-də Lerik rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya  bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:57:14-də qeydə alınıb.

Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.