Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 89 əcnəbi saxlanılıb.
DMX-dən YeniAvropa-ya bildiriblər ki, onlardan 6-sının qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 83-nün isə ölkə ərazisində qanunsuz qaldıqları müəyyənləşdirilib.
Saxlanılmış əcnəbilərdən 62-si barəsində inzibati qərarlar qəbul olunub. Digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.