logo

“Qarabağ” - “Linkoln” matçının biletləri satışa çıxarılıb

11:33 10-07-2023 | icon 1148
“Qarabağ” - “Linkoln” matçının biletləri satışa çıxarılıb

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) matçının biletləri satışa çıxarılıb.

YeniAvropa Ağdam təmsilçisinə istinadla xəbər verir ki, matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Biletləri “Park Bulvar”dakı “Qarabağ”ın "Fan-Şop"u, eləcədə "Iticket.az"ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) əldə etmək olar.

Qeyd edək ki, “Qarabağ”-“Linkoln” qarşılaşması iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.