logo

Bakıda Tacikistan-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib

14:54 07-07-2023 | icon 2485
Bakıda Tacikistan-Azərbaycan hökumətlərarası komissiyanın iclası keçirilib

İyulun 7-də Bakıda Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, iclasda Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, hökumətlərarası komissiyanın həmsədri Zavkizoda Zavki Aminin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycan tərəfindən isə toplantıya ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Muxtar Babyevin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb. 

İclasda Azərbaycanla Tacikistan arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi, iki ölkənin bütün beynəlxalq platformalarda səmərəli əməkdaşlıq apardığı bildirilib. Müxtəlif sahələrdə işgüzar əlaqələrin daha da genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdən sonra Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının protokolu imzalanıb.