logo

Azərbaycan paraatletləri dünya çempionatına yollanıblar

14:14 07-07-2023 | icon 1890
Azərbaycan paraatletləri dünya çempionatına yollanıblar

Azərbaycanın 15 paraatleti iyulun 8-də Fransanın paytaxtı Parisdə start götürəcək dünya çempionatına yollanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, 10 gün davam edəcək yarışda 15 idmançımız mübarizə aparacaq.

Turnirdə ilk 4 yeri tutan atletlər 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.