İlham Əliyev bulvarda “Qu quşları” fəvvarə kompleksinin açılışında iştirak edib
Avqustun 28-də Bakı bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı olub.YeniAvropa xəbər verir ki, prezidentiİlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.
Bakı bulvarındakı “Qu quşları” fəvvarəsi 1960-cı illərdə qurulub. "Azneft" dairəsi ərazisində qurulan “Qu quşları” fəvvarəsi sovet dövründə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli məkanlarından biri kimi tanınırdı.
“Qu quşları” fəvvarəsinin kompozisiyası bir neçə dəfə işlənilib. 1960-cı illərin əvvəlində 7 qu quşundan və hovuzdan ibarət olan kompozisiyaya 1980-ci illərdə yeni çalarlar əlavə edildi. 1990-ci illərin əvvəlində baxımsızlıq səbəbindən bu ansambl da bərbad vəziyyətə düşdü. 2007-ci ildə dənizkənarı bulvar yenidən qurularkən onun yerində mərmər fəvvarə kompleksi yaradıldı. Lakin tarixi qu quşları ilə məşhurlaşan fəvvarə üçün hər zaman bir nostalji var idi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi və tarixi siması özünə qaytarıldı.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb. Vacib məqamlardan biri də odur ki, qu quşları 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli hərəkəti təsvir edərkən hazırlanıb. Fəvvarələr qurularkən işıqlandırmaya xüsusi diqqət yetirilib. İndi bu məkan həm yerli sakinlər, həm də turistlər üçün yeni istirahət yeri olmaqla yanaşı, keçmişdə çox sevilən bulvarın bu hissəsində yaşanan xatirələri də canlandıracaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb