AZPROMO Naxçıvanda nümayəndəlik açacaq
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin(AZPROMO) nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə AZPROMO-dan bildirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə dövlət başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanmasına zəmin yaratdığı qeyd olunub. Fuad Nəcəfli bildirib ki, sahibkarlığın və ixracın stimullaşdırılması istiqamətində aktiv şəkildə tədbirlər görülür. Yerli məhsulların ixrac bazarlarında tanıdılması, regionun ixrac potensialının reallaşdırılması üçün AZPROMO ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Naxçıvanın mühüm ixrac potensialını nəzərə alaraq, ixracın təşviqi mexanizmlərinin daha səmərəli tətbiq edilməsinin önəmini vurğulayıb. Burada istehsal olunan məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə logistika subsidiyalarının tətbiq edilməsinin muxtar respublikanın ixrac potensialının reallaşdırılmasına əhəmiyyətli töhfə verəcəyi bildirilib.
Görüşdə AZPROMO ilə daha sıx və davamlı kommunikasiyanın qurulması məqsədilə Agentliyin Naxçıvanda nümayəndəliyinin açılmasına dair fikir mübadiləsi aparılıb.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşdə Naxçıvanın ixrac coğrafiyasının genişləndirilməsi, sahibkarlara aktiv dəstəyin göstərilməsi, bu müstəvidə sahəvi görüşlərin keçirilməsi məsələləri qeyd edilib. Görüşdə ixracın təşviqi məqsədilə AZPROMO ilə əməkdaşlıq çərçivəsində biznes planların tərtib edilməsi təklif olunub.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Naxçıvandan ixrac həcmlərinin artırılması üçün sahibkarların beynəlxalq sərgilərdə və ixrac missiyalarında iştirakı istiqamətində Agentliyin özəl sektora dəstək göstərməyə hazır olduğunu deyib.
Görüşdə "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinin və logistikanın subsidiyalaşmasının tətbiq edilməsi üçün imkanlar müzakirə olunub. Tərəflər AZPROMO-nun Naxçıvanda nümayəndəliyinin yaradılması ilə bağlı fikirlərini bölüşüblər.
Növbəti görüş Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova ilə keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Naxçıvanın perspektivli ixracyönümlü aqrar sahələri və əkinçilərin qarşılaşdıqları məsələlər haqqında məlumat verib, kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracının təşviqi məqsədilə AZPROMO-nun göstərəcəyi dəstəklə bağlı məsələlər müzakirə edilib.
Sonra muxtar respublikada fəaliyyət göstərən sahibkar və investorlarla görüş olub. İxrac potensiallı məhsul istehsal edən sahibkarlar və investorlarla Naxçıvandan ixrac prosesi zamanı bütün mərhələlərdə müşahidə olunan əsas məsələlər müzakirə edilib, ixrac coğrafiyasının genişləndirilməsi barədə geniş müzakirələr aparılıb. Tədbirdə AZPROMO tərəfindən ixracın təşviqi mexanizmlərinə dair təqdimat nümayiş olunub, sahibkarlar və investorları maraqlandıran suallar cavablandırılıb.
Nümayəndə heyəti Naxçıvanda fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi ilə də tanış olub.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov