Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası Komissiyanın beşinci iclası çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumu təşkil olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti yanında Milli İnvestisiya Agentliyi məlumat yayıb. Bildirilib ki, tədbir iyulun 26-da Çolpon-Ata şəhərində keçiriləcək.
Biznes forumu Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın inkişafı, iki ölkənin biznes nümayəndələri arasında münasibətlərin qurulması üçün mühüm tədbirdir.
Biznes-forumda turizm, sənaye, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mehmanxana və restoran biznesi, memarlıq və inşaat, informasiya texnologiyaları, logistika və beynəlxalq daşınma, marketin və konsaltinq kimi sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.