“Günay Sığorta” ASC-nin könüllü müraciətinə əsasən lisenziyasının ləğv edilməsi səbəbindən listinqdə saxlanılan qiymətli kağızlarının delistinq edilməsi qərarı verilib.
Bakı Fond Birjasından YeniAvropa-ya bildirilib ki, Listinq Komitəsi tərəfindən “Qiymətli kağızların listinqdə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili” qaydalarının 3.5-ci bəndinə uyğun olaraq “Qiymətli kağızların emitenti qanunvericiliklə müəyyən olunmuş qaydada lisenziya tələb edən fəaliyyət növü ilə məşğuldursa, bu fəaliyyətin göstərilməsi üçün səlahiyyətli orqan tərəfindən verilmiş müvafiq lisenziyalar qüvvədə olmalıdır. “Günay Sığorta” ASC-nin lisenziyası könüllü ləğv olunması səbəbindən “Bakı Fond Birjası” QSC tərəfindən AZ1001008346 ISIN kodlu listinqdə saxlanılan qiymətli kağızlarının delistinq proseduruna başlanılıb.
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.