logo

16 ildə Neft Fondunun daxilolmaları 137,87 milyard dollar təşkil edib

19:48 27-08-2018 | icon 2968
16 ildə Neft Fondunun daxilolmaları 137,87 milyard dollar təşkil edib

2001-2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daxilolmaları 137,87 milyard ABŞ dolları təşkil edib.

YeniAvropa xəbər verir  ki, bu barədə ARDNF-in 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında deyilir.

Bildirilir ki, 2001-2017-ci illər ərzində Neft Fondunun daxilolmaları 137,87 milyard dollar səviyyəsində olub və bu vəsaitin təxminən 35,8 milyard dolları, yəni 26 faizi yığıma yönəldilib.