17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub
İyulun 3-də ADA Universitetinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “BP Azerbaijan”, “Kolin”, TotalEnergies” və “Мasdar” şirkətlərinin birgə təşkilatçılığı ilə 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, proqrama, ümumilikdə, 56 iştirakçı qatılıb. Onlardan 24-ü yerli, 32-si isə 13 ölkəni təmsil edən xarici iştirakçılardır. Həmin ölkələr sırasına Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Macarıstan, Bolqarıstan, Çin, Yaponiya, Qazaxıstan, Səudi Ərəbistan və Nigeriya daxildir.
Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz iştirçakçıları salamlayıblar.
ADA Universitetinin prorektoru Fariz İsmayızadənin moderatorluğu ilə keçirilən tədbirdə qeyd edilib ki, builki yay məktəbinin formatında dəyişiklik həyata keçirilib. Belə ki, proqram ilk dəfə həm Bakıda, həm də Bakıdan kənarda, Qazaxstanın Aktau şəhərində keçiriləcək.
Çıxışçılar bildiriblər ki, sözügedən proqram neft və qaz ehtiyatları ilə zəngin Azərbaycanın, eyni zamanda, alternativ enerjiyə keçidlə bağlı təcrübəsini xarici ekspertlərlə paylaşmaq üçün əlverişli platformadır.
Rektor Hafiz Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən etibarən hər il keçirildiyini xatırladıb. O bildirib ki, proqram yerli və xarici iştirakçılara Xəzər hövzəsi ölkələlərinin enerji və ətraf mühit məsələlərinə dair daha dərin məlumat əldə etmələrinə fürsət verir.
Qeyd edək ki, Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və ənənəvi olaraq keçirilən ikihəftəlik sertifikat proqramıdır.
Builki proqramda dünyanın bir sıra tanınmış enerji şirkətlərini, səfirlikləri və beynəlxalq təşkilatları təmsil edən dövlət qulluqçuları, habelə enerji və ətraf mühit məsələlərini araşdıran alim və mütəxəsislər iştirak edirlər. Həmin qurumlar sırasına Səudiyyə Ərəbistanın Enerji Nazirliyi və “Saudi Aramco” şirkəti, Türkiyə və Macarıstanın Xarici İşlər nazirlikləri, Yaponiyada yerləşən “MCKINSEY & COMPANY” şirkəti, Dünya Bankı və digərləri daxildir.
Proqram çərçivəsində iştirakçılara enerji iqtisadiyyatı, enerji hüququ, təbii sərvət gəlirlərinin idarə edilməsi, bərpa olunan mənbələr, davamlılıq, iqlim dəyişikliyi və enerji geosiyasəti daxil olmaqla geniş mövzuları əhatə edən mühazirələr və interaktiv sessiyalar keçiriləcək. Həmin mövzular müxtəlif akademik qurumların, dövlət və özəl sektorun aparıcı yerli və beynəlxalq ekspertləri tərəfindən tədris ediləcək.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov