logo

İndiyədək 1,1 milyard manatadək ipoteka krediti verilib

17:15 27-08-2018 | icon 2639
İndiyədək 1,1 milyard manatadək ipoteka krediti verilib

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu vaxtadək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan YeniAvropa-ya  bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 23 min 415 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 94 milyon 489 min manatdan çoxdur.