Daha 118 dövlət əmlakı özəlləşməyə çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən sentyabrın 25-də keçiriləcək hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb. Onlardan 83-ü kiçik dövlət müəssisə və obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.
Komitədən YeniAvropa-ya bildirilib ki, dövlət əmlaklarına vaxt itirmədən, təyin olunan məkana getmədən də sahib olmaq mümkündür. Bunu ƏMDK tərəfindən özəlləşdirmədə tətbiq olunan "elektron hərrac" sistemi mümkün edir. İnvestorlar hərracda iştirak edərək müxtəlif iqtisadi sahələrdə fəaliyyətə imkan verən kiçik dövlət müəssisələrinə sahib ola bilər.
Ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 4 min 386 kvadratmetr intervalında olan bu dövlət əmlakların çoxu torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. İsmayıllı şəhəri, Heydər Əliyev prospektində yerləşən 45 saylı təmir tikinti sahəsinin ümumi faydalı sahəsi 555 kvadratmetrdir. Geniş torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan obyektin fəaliyyətinin bərpası bölgədə tikinti məhsullarına olan tələbatı ödəyə bilər. Ümumi faydalı sahəsi 56 kvadratmetr olan Gəncə şəhərində yerləşən 9 saylı mağaza xidmət sahəsində gəlirli obyektdir.
Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 1612 kvadratmetr aralığındadır. Bu obyektlərin 7-si Sumqayıtda, digərləri isə paytaxt rayonlarında yerləşir.
Avtomobil almaq arzusunda olan şəxslər budəfəki hərracda iştirak edərək buraxılış illəri 1989-2008 olan “Qaz”, “Kamaz” və “Vaz” markalı nəqliyyat vasitələrinə sahib ola bilər.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və elektron formada sifariş vermək üçün komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) müvafiq bölməsinə daxil olmaq kifayətdir. Təyin olunan vaxtda hərrac prosesində həm sifarişçilər, həm də digər şəxslər onlayn formada iştirak edə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarlıqla məşğul olmaq arzusunda olan şəxsləri, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb