logo

“Günay Sığorta”nın da lisenziyası ləğv edildi

14:14 24-06-2023 | icon 3003
“Günay Sığorta”nın da lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı(AMB) "Günay Sığorta" ASC-nin lisenziyasını ləğv edib.

YeniAvropa AMB-yə istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 24 iyun tarixli qərarı ilə “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 2008-ci 14 avqust il tarixli lisenziya ləğv olunub.

Xatırladaq ki,  AMB tərəfindən sığorta şirkətinin daxil olduğu “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü ildən etibarən ləğv edilib. Bankın bağlanmasına əsas olaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən azlığı, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi əsas göstərilib.