Alman və Azərbaycan arxeoloqları Şəmkirdə birgə tədqiqatlar aparırlar
“Şəmkir-Qaracəmirli” Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyası 2018-ci ilin avqustundan Şəmkir rayonunun Qaracəmirli kəndinin yaxınlığındakı Qurbantəpə və Dərə Yataq abidələrində arxeoloji tədqiqatlar aparmaqdadır. Qurbantəpə abidəsində araşdırmalar eramızdan əvvəl V əsrdə Əhəməni memarlıq üslubunda tikilmiş saray qalıqlarında davam etdirilir. Arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov və elmi işçilər Sevinc Hüseynova, Ülviyyə Heydərova və Faiq Babayev cəlb olunublar.
İnstitutdan YeniAvropa-ya bildiriblər ki, beynəlxalq ekspedisiyada Almaniya tərəfini Münxen Dövlət Antik Külliyyat və Qliptotek Muzeyinin direktoru, professor Florian Knaus, Lüdviq və Maksimilian adına Münxen Universitetinin Ön Asiya Arxeologiyası İnstitutunun departament əlaqələndiricisi, doktor Kay Kaniut təmsil edirlər.
E.İsgəndərovun sözlərinə görə, ölçülərinə və tikililərin saxlanılma vəziyyətinə görə bu saray Cənubi Qafqazdakı oxşar abidələrdən kəskin fərqlənir və böyük elmi əhəmiyyətə malikdir. Bir neçə tikilidən ibarət olan bu kompleksdə arxeoloji qazıntılar 2006-cı ildən başlanıb. Builki qazıntılar zamanı əldə edilən nəticələr olduqca maraqlıdır. Yeni qazıntılar nəticəsində bir neçə daşdan hazırlanmış sütun altlıqları və çiy kərpicdən hörülmüş divarlar araşdırılıb. Sütun altlıqlarının bir neçəsi yerində tamamlanmamış formada aşkarlanıb. Ümumiyyətlə, arxeoloji materialların az tapılması və eyni zamanda, tamamlanmamış sütun altlıqlarının aşkarlanması bu sarayın tikilişinin sona çatmaması haqqında fikiri irəli sürməyə imkan yaradır. Bunu regionda baş vermiş beynəlxalq siyasi hadisələrlə bağlamaq olar.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb