Festivalın bu illər boyu Valeriy Meladze, Ani Lorak, Nochniye Snayperi, Diana Arbenina və s. tanınmış müğənni ifaçıları olub. Festival ailəli, qrup və ya fərdi şəkildə aktiv istirahət etmək istəyən şəxsləri bir həftə müddətində gündəlik təşkil olunan müxtəlif əyləncə proqramları ilə təmin edir. Festival bu günə kimi 15000 iştirakçı üçün müxtəlif əyləncə proqramları təşkil edib.
Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “ Nocnie Snayperi” qrupu, Nataliya Moqilevskaya və “Kvartal 95” Yumor qrupudur. Bundan əlavə festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər fəaliyyətlər nəzərdə tutulub. APA.