logo

Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni qaydalar müəyyənləşir

11:11 22-06-2023 | icon 2520
Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni qaydalar müəyyənləşir

Azərbaycanda ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsasları yaradılır.

YeniAvropa xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, ənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Birinci oxunuşda təqdim olunan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində autentifikasiya, avtorizə etmə, birbaşa debitləşmə, bloklaşdırma, davamlı daşıyıcı, dövri ödəniş, ekvayrinq, elektron pul, elektron pulun emissiyası, elektron pulun emitenti, elektron pul sahibi və təşkilatı, klirinq, məcmu kapital, hesablaşma agenti, gücləndirilmiş müştəri autentifikasiyası, vətəndaş qüsursuzluğu, vətəndaş qüsursuzluğu və digər anlayışlar öz əksini tapıb.

Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minir.

Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 (altı) ay müddətində lisenziya almalı və reyestrə daxil olunmalı, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.