“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
YeniAvropa xəbər verir ki, Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Ağdam təmsilçisinin ilk görüşü səfərdə olacaq.
II təsnifat mərhələsinin ilk oyunları iyulun 25-26-da, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.